Millət vəkili icra başçısı ilə vətəndaşlarla görüşdə

Əziz dostlar, vətəndaşlarla növbəti görüşümüz 14.04.2022 tarixdə Şirvan şəhəri 18 saylı məktəbdə oldu. Görüşdə şəhər İH başçısı hörmətli İlqar Abbasovla birlikdə iştirak etdik. Görüşdə yerli İH orqanının məsul işçiləri və şəhərdə fəaliyyət göstərən təşkilatların rəhbərləri də iştirak edirdi.

Vətəndaşlar dinlənildi və qaldırılan məsələlərin qanun çərçivəsində həlli ilə bağlı tapşırıqlar verildi. 

P.S. Vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərlə bağlı hesab edirəm ki, gələcəkdə mövcud qanunvericilikdə dəyişikliklərə ehtiyac vardır.

İltizam Yusifov

Milli Məclisin deputatı