Millət vəkilindən GİLEY

Növbəti səyyar-görüşdə iştirak etdim. Bütün mütaciətlər icrası üçün qeydiyyata götürüldü. Amma bu görüşlərdə 2 hal məni çox təəssüfləndirir və düşündürür: Çox təəssüfləndirici bir haldır ki, yaşlı valideynlər yaxınlaşıb iş və yaşayış yeri istəyir. Bəs hanı oğul, hanı övladlar, hanı mentalitet? Hətta ana qanunumuzda övladların üzərinə valideynə baxmaq kimi Konstitusion vəzifə qoyulur. 30-35 yaşlı oğulu ana götürüb gəlir ki, oğluma iş istəyirəm. Bəs oğul özü? Hansı bacarıq, iş , sənət sahibidir?

Əziz dostlar! bütün insanlar hansısa bir sahədə xüsusi bir potensiala malikdirlər. Oxumaq, çalışmaq, sənət, bacarıq sahibi, məsuliyyətli və özünü sübut etmək bacarlı olmaq lazımdır. Ondan sonra iş mütləq olacaq.

İLTİZAM YUSİFOV
Milli Məclisin deputatı