Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası - MCP bir neçə gün əvvəl ölkədə baş verən ictimai-siyasi proseslərlə bağlı mövqeyini açıqlayıb. Bir daha bildiririk ki, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini pisləyir, beynəlxalq mediada ölkəmizə qarşı qərəzli informasiya manipulyasiyalarından narahatlığımızı ifadə edirik.
Partiyamız məktəblərdə vahid geyim formasının tətbiqini dəstəkləyir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir və buna hər kəsi əməl etməyə çağırırıq.. Eyni zamanda, milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə milli geyimlərdən istifadəyə imkan yaradıldığını da bəyan edirik.
İnanırıq ki, məktəblərdə vahid geyim qaydalarına riayət olunması təhsil mühitində bərabərliyin və nizam-intizamın qorunmasına xidmət edir. Milli Cəbhə Partiyası dövlətimizin bu məsələdəki mövqeyini dəstəkləyir və dəstəkləyəcəkdir.
Razı Nurullayev
Milli Cəbhə Partiyasının sədri