Milli Məclisin deputatı Elman Nəsirov Cəlilabad rayonunun Şiləvəngə, Adnalı, Abışabad və Günəşli kənd seçiciləri ilə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.