Milli Məclisin fotoqrafı vəfat edib - YENİLƏNİB

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Talıbov Şamil Asim oğlu sentyabrın 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Milli Məclisin rəhbərliyi Şamil Talıbovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Şamil Talıbov Azərbaycan Fotoqraflar Birliyinin üzvü olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən öncə bir sıra qurumlarda çalışıb və müxtəlif foto müsabiqələrinin qalibi olub.

***09:36

Tanınmış fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Şamil Talıbov vəfat edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib. Bildirilib ki, Ş.Talıbov 36 yaşında həyatını itirib.

Mərhum ailəli idi və qız övladı var.