"Təəssüflər olsun ki, bizdə bəzi qanunlar dövlətin və millətin maraqlarından daha çox o qanunu qəbul elətdirən təşkilatların maraqlarına uyğun olur".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, 65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır:
"Müəllimin ixtiyarı qalır regional təhsil idarəsinin öhdəsinə qalır. O da öz qohumunu, tanışını irəli çəkir, yaxşı müəllimlər kənarda qalır. Biz bunu dəfələrlə görmüşük. Müəllimi alçaldan bu proseslərdən xilas etmək lazımdır. Müəllim ya işləyir, ya da işləmir, idarələr qabağında sürünmür. Müəllimin hörmətini aşağı salmayın".