44 saylı Sumqayıt -Xızı seçki dairəsinin deputatı olaraq Xızı rayonunda bir qrup seçiciləri ilə görüşdük. Xələnc kəndində keçirilən qəbulda Xızı rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov həmçinin rayon idarə rəhbərləri iştirak edirdi. Sakinlər onları narahat edən mövzularla bağlı müraciətlərini ediblər. Vətəndaşlar dinlənildikdən sonra qaldırdıqları məsələlər barədə qeydiyyat aparılıb.
Görüşdə kənd həyatı, sakinlərin qayğıları və istəkləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı