NATO Kiyevə uzaqmənzilli silahlarla yanaşı, kosmik kəşfiyyat məlumatlarını da ötürür.
Sabahinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Diplomatiya Akademiyasında Ukrayna böhranı ilə bağlı xarici ölkələrin səfirləri üçün keçirdiyi dəyirmi masada bildirib.
Onun sözlərinə görə, NATO-nun hədəfi Rusiya ərazisində yaşayış binaları, enerji və sənaye infrastrukturu, o cümlədən sosial obyektlərdir.
Lavrov qərbin Ukraynaya uzaq mənzilli raketlərlə Rusiya ərazisini vurmağa icazə barədə də danışıb.
“Şübhə etmirik ki, Rusiya Federasiyasının ərazisinə hücumlar üçün uzaqmənzilli silahlardan istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar çoxdan verilib, indi onlar bunu ictimai məkanda daha yaxşı şəkildə rəsmiləşdirməyə çalışırlar” , - deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrov Rusiya qüvvələrinin Ukrayna qoşunlarını Kursk vilayətindən inamla sıxışdırıb çıxardığını da söyləyib.APA