"Naxçıvan Könüllülərinin Birlik Həftəsi" keçiriləcək

Atdığımız hər addımda yanımızda olan könüllülər üçün "Naxçıvan Könüllülərinin Birlik Həftəsi" keçiriləcək! 

Həftə ərzində "Könüllülük - inkişafa aparan yol" adlı tədbir, könüllü oğlanlar və qızlar arasında voleybol idman növü üzrə yarış, "Zəfərimiz" devizi ilə könüllülərin qazilərlə görüşü, "Könüllülərin Dostluq Kuboku" uğrunda intellektual oyun və könüllülər üçün "Zamana meydan oxuyan Zaman" adlı filmin təqdimatı baş tutacaq və bütün Naxçıvan könüllülərini əhatə edəcək "Könüllülük Həftəsi"nin sonunda könüllülər il ərzindəki fəaliyyətlərinə görə mükafatlandırılacaq.

Sabahinfo.az