Neçə alimimiz var?

2022-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 127 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 20,5 mindən artıq mütəxəssis məşğul olur, onların da 73,0 faizi tədqiqatçılardır. Bu mütəxəssislərin 37,3 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.