"Nəşriyyatlar can verir" - Aqil Abbas

"Nəşriyyatlar can verir. Qəzetlər can verib qurtarıb artıq". 

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

O bildirib ki, yanvar ayından etibarən kağız üzərindən ƏDV götürülməli idi: "İndi nə kitab, nə də qəzet oxuyan var. Kitab oxumayan millətin gələcəyi yoxdur. Biz dünyada ən az kitab oxuyan millətik".

Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə etiraz edib:  "Belə statistikaya rast gəlməmişəm. Kitab oxuyan hər zaman oxuyar".