Ölkədə həyata keçirilən makroiqtisadi siyasətin dayanıqlı məzmun alması baxımından ən önəmli məsələlərdən biri, sözsüz ki, büdcə siyasətinin effektivliyinin təmin edilməsi, dövlət xərclərinin optimallaşdırılması, dövlət kapital qoyuluşlarının səmərəliliyi ilə bağlıdır.
Bu isə öz növbəsində aidiyyatı üzrə dövlət nəzarət və audit mexanizmlərinin proseslərə nə dərəcədə çevik, şəffaf və optimal reaksiya verməsi ilə yanaşı, həmin mexanizmlərin həyata keçirilməsinə cavabdeh olan qurumların siyasətinin proaktivlilk göstəricilərindən asılıdır.
Belə ki, xarici və daxili iqtisadi çağırışlar təhlil edilərək dəyərləmdirilməli, audit, nəzarət tədbirlərinin alqoritmi işlənilməlidir. Həmin tədbirlər bir tərəfdən investisiya mühitinin qorunması və inkişaf etməsinə, digər tərəfdən isə dövlət kapital qoyuluşları, dövlət aparatının fəaliyyətinin təmin edilməsi və digər büdcə xərcləri seqmentləri üzrə müvafiq vəsaitlərin təyinatı üzrə xərclənməsi məqsədlərinə istiqamətlənməlidir.
Respubilkada mövcud olan müvafiq qanunvericiliyə, hüqiqi və normativ bazaya əsasən bir qədər öncə qeyd etdiyim funksionalın reallaşdırılmasında Hesablama Palatası qarşısında duran məqsəd və vəzifələr olduqca əhatəli və sistemli məzmuna malikdir.
Nəzərə almaq lazımdır ki, ənənəvi olaraq ölkəminzdə daxili investisiya resurslarının milli iqtisadiyyata yatırılması baxımından dövlət kapital qoyulușlarının, büdcə vəsaitlərinin payı kritik dərəcədə çoxdur.
Belə olan halda, həmin vəsaitlərin xərclənməsində effektivliyin azalması məsələnin sırf hüquqi və qanunvericilik müstəvisində araşdırılmasının zəruriliyi ilə yanaşı, onun həm də makroiqtisadi gündəm baxımından təsirlərini dərindən öyrənməyi və proqnozlaşdırmağı məqsədəmüvafiq edir.
Hesablama Palatasının 2024 cü ilin yekunları ilə bağlı təqdim etdiyi Fəaliyyət Hesabatının təhlili, zənnimcə, onu deməyə əsas formalaşdırır ki, qeyd olunan istiqamətlər çərçivəsində Palatanın hesabat dövründəki fəaliyyəti əsasən əhatəli və produktiv olmușdur.
Fikrimcə, təqdim edilən və müzakirəyə çıxarılan sənəddən görünür ki, hesabat ilindəki fəaliyyətində Palata müvafiq dövlət qurumlarının reallaşdırdığı maliyyə siyasətinin bir tərəfdən ölkədə qüvvədə olan hüquqi aktlara, digər tərəfdən isə, o cümlədən, maliyyə hesabatlılığı kontekstində dövlət təşkilatlarının maliyyə resurslarının konsolidasiyası və optimal istifadəsi mexanizmlərinin aktual çağırışlara uyğunluğunun araşdırılmasına böyük önəm vermişdir.
Eyni zamanda, Palatanın fəaliyyəti çərçivəsində, zənnimcə, ən önəmli məsələlərdən biri sırf dövlət satınalmaları ilə bağlıdır.
Şübhəsiz ki, qeyd olunan istqamətdə şəffaflığın, operativlik və çevikliyin təmin edlməsinin zəruriliyi danılmazdır.
Bununla yanaşı, dövlət satınalmaları prosesində dövlət xərclərinin effektivlik və iyerarxik ardıcıllıq pilləkəninin qurulması məsələsi, fikrimcə, çox aktualdır ki, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac hiss olunmaqdadır.
Düşünürəm ki, Fəaliyyət Hesabatına əsasən bildirə bilərik ki, qeyd edilən məsələlərin həlli istiqamətində Palata elektronlaşma və rəqəmsal imkanlarından istifadə etməklə müvafiq mexanizmlərinin tətbiqini məqsədəuyğun hesab edir ki, bu zənnimcə, ümumən təqdirəlayiqdir.
Beləliklə, yuxarıda qeyd edilmiş məqamların sistemləşdirilməsi, fikrimcə, onu bildirməyə əsas verir ki, Hesablama Palatasının 2024 cü il üçün təqdim etdiyi Fəaliyyət Hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilə bilər!
Samir Vəliyev
Milli Məclisin deputatı