Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, cari il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz artaraq, milli valyuta ekvivalentində 27003,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Sabahinfo.az-a bildirilib ki, ümumi kredit portfelinin 22 milyard 683,5 milyon manatı və ya 84 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 10,1 faiz azalaraq 451,7 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.