Ölkəmizdə gənclərə lazımi dəstək verilir

“Gənclər hər bir ölkənin gələcəyini müəyyən edir. Onlar inkişafda mühüm rol oynayır”. 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Mahir Süleymanlı deyib:

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinə xüsusi diqqət ayrılır. Birinci vitse-prezident Mehriban Əliyevanın da gənclərə verdiyi dəyəri xüsusi qeyd etmək lazımdır. Sosial layihələr köməyilə aztəminatlı ailələrdəki gənclərə dəstək verilir”.