"Düşüncə” gənclərin inkişafına dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Tələbələr arasında “Open education” üzrə seminarların təşkili” adlı layihənin icrası ilə bağlı seminarlar keçirilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilən seminarlarda tələbələrə açıq təhsil resursları, resurslardan istifadə bacarıqları haqqında genş məlumatlar verilmişdir. Eyni zamanda iştirakçılara dünyada geniş tətbiq olunan Academic Earth, Bridge to Success, Coursera, EdX, Learning Space from Open University, Miríadax, Open Course Library, Open Courseware, Saylor.org, Open Learning Initiative, Noba - Psychology Modules, OERu, OpenStax College, Open Textbook Library, BC OpenEd, WikiBooks, Project Gutenberg, Google Books, American Institute of Mathematics, Lyryx Open Textbooks, Bloomsbury Academic, OASIS, Merlot, Connexions, AMSER, OER Commons, Community of Online Research Assignments platformaları haqqında bilik və informasiyalar verilmişdir.
Tələbələr beynəlxalq miqyasda istifadə olunan bu platformaların imkanları barədə ətraflı məlumatlar əldə etmişlər.
Eyni zamanda seminarda beynəlxalq elmi data bazalar və indexkslər haqqında təqdimatlar təqdim etdilmiş, iştirakçılara SCOPUS, Web of Science, Science Citation Index Expanded (SCIE), Social Sciences Citation Index (SSCI), Arts & Humanities Citation Index (AHCI), Emerging Sources Citation Index (ESCI), Conference Proceedings Citation Index, Springer, Zentralblatt MATH, Math SciNet-Mathematical Reviews, Chemical Abstracts Service, Analytical Abstracts, Ulakbim, Pubchem, INSPEC-Direct, Astrophysics Data System, Compendex, GeoRef, Agris Pub Med, EconLit, Philosopher’s Index, PsycINFO və s. haqqında ətraflı informasiya və biliklər verilmişdir. Onlar bu sistemlərə üzv olmaq və onlardan istifadə yolları, open science platformalarına, data bazalarıa çıxış imkanları barədə məlumatlandırılmışlar. Tələbələr Research gate, Mendeley, Figshare, F1000Research, həmçinin DOAJ, ORCID, DOİ haqqında da geniş biliklər əldə etmişlər.
Seminar diskussiya şəraitində davam etmiş, iştirakçıların sualları cavablandırılmışdır.
21-23 fevral 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Kollecində 70 iştirakçı arasında keçirilmiş seminarlarda iştirakçılara bukletlər paylanmış, sertifikatlar təqdim edilmişdir.