İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 111-ci illik sessiyası keçirilir. Pandemiyadan sonrakı dövrdə mühüm qlobal sosial məsələlərin müzakirə edildiyi sessiyada Azərbaycandan dövlət və ictimai qurumların rəhbərləri və eləcə də sahibkarlar iştirak edir.
Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Məşğulluq Agentliyinin İH sədri Mustafa Abbasbəyli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, ASK-nın vitse-prezidenti Vüqar Abbasov, ASK Rəyasət Heyətinin üzvü , həmçinin AQSİA İH sədri Səkinə Babayeva, ASK Baş katibinin müavini Xəqan Hümmətzadə iştirak edirlər.
Sessiyada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məruzə ilə çıxış edib.
Tədbirdə həmçinin təşkilata üzv ölkələrin əmək nazirləri, ekspertlər, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin digər strukturlarının əməkdaşları və işəgötürənlər iştirak edirlər.