Partiya yaratmaq ciddi işdir, məsuliyyətdir, bəziləri bunu uşaq oyuncağı bilməsinlər

Ölkəmizdə uzun illərdir çoxpartiyalılıq sistemi mövcüddür. Söz azadlığı və demokratiya yüksək səviyyədədir və qorunub saxlanılır. Bundan da sui-istifadə edən bəzi müxalifətçilər insanları əyri yollara asan çəkə bilirlər. Partiyaların, onun üzvlərinin yeni qanuni üsullarla qeydiyyata alınması çox uğurlu olacaq, şəffaflığı təmin edəcək, göründüyü kimi bu sırf xalq üçün atılan addımdır, faydalarını xalq görəcək, saxta, yalan informasiyaların yayılmasının qarşısını ciddi şəkildə alacaq. Yeni qanun, müxalifət sədrlərinin öz sıralarına cinayətkarları bilə-bilə cəlb etməsi hallarına qarşı böyük maneədir, öz sıralarında cinayətkar yetişdirmək hallarına qarşı böyük maneədir və.s bir çox neqativlərə qarşı ciddi maneələr yaradacaqdır. Faydasını insanlar zamanla görəcəklər, ilk baxışdan hərkəsə görünməyən faydalı tərəfləri isə, daha çoxdur.

 

Hesab edirəm partiya yaratmaq işində xırdalıqlara nə qədər çox önəm verilərsə, o qədər çox yaxşı nəticələr əldə ediləcəkdir, şərtlərə baxanda açıq-aşkar görünür ki, yeni qaydalar daha möhtəşəm şərtlər altında çalışacaqdır. Partiya yaratmaq gücü olan, buna layiq namizəd olan insanlar çox asanlıqla partiya yarada bilərlər, açıq-aşkar görünür ki, yeni qaydalar şəffaflıq üçün yaradılmışdır, çətinləşdirmək niyyəti daşımır. Mövcüd partiyalar üçün isə daha xeyirli olacaqdır.

Məlumdur ki, lazımsız partiyalar ölkəmizdə var, sırf demokratik dəyərləri əldə bayaq edib, partiya açanlar çoxdur, bununda fəsadları ola bilir, olur ölkə üçün, dövlət üçün, vətəndaş üçün. O üzdən yeni yaradılan qanun qeyd-şərtsiz möhtəşəm qanundur, tətbiq ediləndən sonra, hərkəs uğurlu faydalarını görəcəkdir. Sırf qanuni və şəffaf çalışan partiyalar və gələcəkdə partiya yaratmaq istəyən şəxslər bu qanuna əsla etiraz etməyəcəklər. Şərtlərindən də göründüyü kimi, yeni qanun sırf neqativlərin qarşısını almaq üçün hazırlanmışdır. Partiya yaratmaq ciddi işdir, məsuliyyətdir, bəziləri bunu uşaq oyuncağı bilməsinlər və vətəndaşlara ciddi ziyanlar vurmağa cəhd etməsinlər.

 

Mircalal Mehdiyev