Ermənistanın baş naziri Nikol Paşinyan MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclası üçün Aşqabada getməyib.
Sabahinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İclasda Ermənistan adından respublikanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi, Ermənistanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Razmik Xumaryan iştirak edib.
"İrəvan son vaxtlar bəzi inteqrasiya formatlarında görüşləri qaçırır. Belə ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəzi sammitlərində də iştirak etməyib", - agentlik qeyd edib.