Prezident Pənahəli xanın Ağdamdakı ocağında - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.

Sabahinfo.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlət başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir.