Prezidentin köməkçisi: "Qarabağ"la həmişə fəxr edirik!"

“Komandamızla həmişə fəxr edirik! Uğurlar, "Qarabağ!”.

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tviter hesabında yazıb.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.

Komandamızla həmişə fəxr edirik! Uğurlar @FKQarabaghhttps://t.co/izj7kbqiep

— Shahmar Movsumov (@ShahmarM) August 24, 2022