Prezidentin köməkçisi: Seçkilərin şəffaf şəkildə keçirilməsi ilə bağlı irəliləyiş var

Azərbaycan seçkilərin şəffaf şəkildə keçirilməsi ilə bağlı daha da irəliyə gedib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi seçkilərin şəffaf keçirilməsi ilə bağlı hər dəfə tapşırıqlar verib: "Prezidentin qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilib. Bütün dünya azad edilən ərazilərə “Böyük Qayıdış” prosesini izləyir. İlk dəfə olaraq azad edilən ərazilərdə seçkilər keçiriləcək. Artıq azad edilən ərazilərə 4395 nəfər köçürülüb”.