“Psixoloqa müraciət etmək həyat və ruhla bağlı məsələdir”-MÜSAHİBƏ

Gülnar Məmmədova: “Aqressivlik insanlar arasında gizli gedən müharibədən də pisdir”

Psixoloq, life coach. Enerqoloq Gülnar Məmmədova KİV-ə geniş müsahibə verib. O müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. Cəmiyyətdə psixoloji gərginliyin azadılmasının yollarını göstərib. Müsahibəni təqdim edirik;

-Gülnar xanım xahiş edirik özünüz barənizdə oxucularımıza məlumat verəsiniz. Psixoloq Gülnar Məmmədova kimdir?

-Gülnar Məmmədova həyatı, insanları, özünü kənardan izləyən psixoloqdur. 5 ildən artıqdır ki, psixoloq kimi fəaliyyət göstərirəm. Bu zamana kimi bir çox pasientlə iş aparmışam. İlk öncə pasientlərin psixoloji durumunun yüksəldilməsi, onlara xoş auranın verilməsi və onların bir daha bu kimi hallarla rastlaşmaması yönündə iş aparırıq. Onu da deyim ki, artıq bir sıra uğurlarımız var. Yəni, bizə müraciət edən pasientin psixoloji problemi həll olunmaqla yanaşı onlar bu kimi vəziyətlərə daha hazırlıqlı olur və bir növ psixoloji travma yaşamır. Onu da qeyd edim ki, psixoloji terapiyanın bir qolu da enerqoloqdur. Mən bu sahə üzrə də kifayət qədər bilik və bacarıq əldə etmişəm. Hazırda fəaliyyətimin bir hissəsi də bu sahə ilə bağlıdır.

-Bu zamana kimi hansı treninqlərin iştirakçısı olmusunuz?

-Bu zamana kimi yerli və beynəlxalq treninqlərin iştirakçısı olmuşam və hətta özüm də təlimlər keçmişəm. Bakı Psixologiya Məktəbində mütəmadi olaraq təlimlər keçirəm. Müxtəlif mövzular əsasında proqramlar hazırlayıb, təlimlər keçirəm. Hazırda bu kimi təlimlərin təkcə Bakıda deyil, regionlarda keçirilməsi istiqamətində iş aparırıq. Düşünürəm ki, psixoloji problemli insanlar nəinki Bakıda eyni zamanda regionlarda üstünlük təşkil edir və belə bir addımın atılması ümumilikdə cəmiyyətimizin inkişafına müsbət təsir göstərəcək.

Bir məsələni də xüsusi qeyd edim ki, keçdiyim xarici treninqlərin əksəriyyətində bizə beynəlxalq təcrübə öyrədilib və mən də fəaliyyətimdə bu təcrübədən istifadə edirəm. Düzünü deyim ki, belə bir təcrübə problemin həllində mühüm rol oynayır.

 

-Beynəlxalq sahədə əldə etdiyiniz bilik və bacarığı yerlərdə tətbiqi ilə bağlı nə kimi işlər görürünüz?

-İştirak etdiyim təlimlər psixologiya ilə bağlıdır və psixologiya elmini daha dərindən, yeni modern texnikaları öyrənərək insanlara daha düzgün texnikalarla onların probleminə münasibətimi daha sağlam bildirməyimdir. Bir çox təlimlərin iştirakçısı olmaqla yanaşı Londonun beynəlxalq tibbi dərəcəli sertifikatına sahib olmuşam. Bu tibbi bir konfrans idi. Tibbi konfransda London universitetlərinin birinin beynəlxalq dərəcəli sertifikatına nail olmuşam.

-Psixoloji maarifləndirmədə daha çox nələrə üstünlük verilməlidir?

-Bu sualınıza belə cavab verərdim ki, psixoloji maarifləndirmə bir insanla dialoq əsnasında “Mən səndən ağıllıyam,səndən üstünəm,gəl məndən kömək istə,dəstək istə “ mahiyyətinə gəlib çıxmır.Burada mövzu odur ki,insanlar öz problemlərini danışdıqları zaman çox hallarda onlar öz problemlərinin heç mahiyyətini anlaya bilmirlər, nəinki insanlar öz problemini danışdığı zaman digər insandan “Kömək et,mən bu problemimi həll edim...” deməklə məsələ və ona görə də psixoloq oturub hansısa bir problemin həllinə çözüm tapmır. Bu psixologiya sahəsi deyil. Psixologiya sahəsi kiməsə məsləhət verib yol göstərmək deyil.

Mən insanları konfrontasiya edirəm. Konfrontasiya yəni, insanların özünü özünə göstərirəm və məhz özünü özünə göstərdiyim zaman onlar özlərinin əsas prinsipləri ilə,əsas motivlərinin prinsipləri ilə tanış olurlar və bu prinsiplərlə tanış olduqları zaman özlərini yenidən kəşf edirlər. Çünki insan öz problemini danışdığı zaman, bəlkə də anlaya bilmir ki, bu problemi yaradan elə onun özüdür. Bəlkə də onun beynidir. Bəlkə də onun səhv yönələn enerjisidir. Ona görə də problemin özü ilə, adı ilə problemə verilmiş suallarla, problemə yönəlmiş enerji ilə daha çox işləyirəm və bu texnika ilə bütün insanların həyatının dəyişməsinə gözümün önündə şahid oluram və çox uğurlu nəticələr əldə edirəm.

-Cəmiyyətdə aqressiyanın olduğunu müşahidə edirik. Sizcə aressiyanı yaradan səbəblər nədir və bunun qarşısını almaq üçün nə kimi məsləhətlər verə bilərsiniz?

-Cəmiyyətdəki aqressiya hər bir insanın ötürdüyü mənfí dalğaların frekansidir. Ümumilikdə insanlar öz həyatları ilə deyil də, digərlərinin həyatları ilə məşğul olduqları zaman enerji boşluğuna düşürlər və onların enerji mübadiləsi toqquşması yaranır və bu toqquşma əsnasında mənfi və müsbət enerjilər bir-birinə qarışır. Bu qarışıq enerjilərin sayəsində insanların özünün də dərk etmədən həyatlarında hər şeyin normal olduğu halda belə onlarda aqressiya yaradır və bu aqressiyanın onlar üçün əsas səbəbləri təməl ehtiyaclarını görə bilmədiklərindən irəli gəlir. Yəni təməl ehtiyac dedikdə, ehtiyac iki cür olur: Açıq və Gizli ehtiyac.

Açıq ehtiyac-insanların fiziki ehtiyacına aiddir. Bədən nə istədiyini bilir. Məsələn:Siz susuzlayanda dərhal mətbəxə keçib su içirsiniz və susuzluğunuzu keçirəcəksiz bu açıq ehtiyacdır. İstədiyini dərhal həyata keçirirsən və dərhal beynin sakitliyə qərq olur.

Gizli ehtiyac- sən nəsə istəyirsən,lakin nə istədiyini bilmirsən. Nə istədiyini bilmədiyiniz halda o zaman ehtiyac kanalında tıxac yaranır və elə bir tıxac yaranır ki,insanın əsas məqsədinə gedən yolda insan zaman itirir. Bunun üçün hər şeyi sonraya saxlayır, həyatını sonraya saxlayır və digər ona fayda verməyən hadisələrə, insanlara zaman ayırır və bu ayrılan zaman itkisi isə insanların aqressiv olmasına səbəb olur. Aqressivlik insanlar arasında gizli gedən müharibədən də pisdir. Çünki bu gizli aqressiya onların əsas xoşbəxtlik hissini əlindən alır. İnsanlar adi bir həyat tərzlərindən zövq ala bilmirlər. İnsan elə bir varlıqdır ki, kainatdakı hər bir şeydən, təbiətdən,gözəlliklərdən zövq almalıdır və zövq almaq üçün ona stimul lazımdır. Stimul isə insanın öz daxilində yaranmalıdır. Əgər daxili stimul yoxdursa insan xarici stimuldan zövq ala bilməz. İlk olaraq insan öz daxili dünyasını təmizləməli və daxilindəki enerjisi ilə tanış olub onu yenidən aktivləşdirməlidir.

-Bir sıra hallarda vətəndaş psixoloqa getməyə utanır və ya buna gərək duymur. Sizcə bunun səbəbi nədir? Və ümumilikdə psixoloqa nə zaman müraciət etmək lazımdır?

-Bəzən insanlar psixoloqa müraciət etməyə utanır. Bu artıq belə deyil. Artıq cəmiyyət tolerant fikirlərə mənsub olub və tolerant fikirləri ilə psixoloqlara yanaşmağın çox faydalı olduğunu görürlər və nəzərə alırlar. Belə ki, Almaniyada hər bir ailənin öz psixoloqu var və hətta psixoloqu olmayan ailələrə fərqli baxırlar. Düşünürlər ki, görəsən nə kimi problemi var ki, öz psixoloqu yoxdur. Biz “Z” cəmiyyətində yaşayırıq və “Z” cəmiyyəti artıq üstünlük təşkil edir. Yəni, texnologiya dövrüdür. Ona görə də psixoloqa getməyi artıq çox rahat qəbul edirlər. Artıq psixoloqa müraciətlərin sayı artıb. İnsanlar başa düşürlər ki,onları idarə edən daxili bir enerji var ki, onlar hansısa bir zamanda özlərini itirib, ən güclü, ən ağıllı, ən zəngin insan belə ruhən zəifləyir və ruh düşkünlüyü yaşay
ır və bu zaman psixoloqa müraciət etməyə ehtiyac duyur. Psixoloqa müraciət etmək xəstəlik deyil. Bu həyatla və ruhla bağlı məsələdir. Ona görə də intellekti yüksək insanlar psixoloqa müraciət edir və bu sevindirici haldır. Zəif düşünən yox,güclü enerjiyə sahib olmaq istəyən hər kəs psixoloqa müraciət edir və etməlidir.

-Sizinlə ünsiyyət xoş təsir bağışladı. Təşəkkür edirəm ki, fikirlərimin bir qismini insanlara fayda verərək onların həyatlarının düzgün enerji üzərində qurulmasına yardım etdim.