PSJ növbəti transferini AÇIQLADI

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sabahinfo.az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu İspaniya "Real Madrid"indən Marko Asensionu transfer edib.

27 yaşlı yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanıb.

Qeyd edək ki, Marko Asensio 2015-ci ildən "Real Madrid"də çıxış edib. PSJ daha əvvəl Milan Şkrinyarı heyətinə qatdığını açıqlayıb.