Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Okan Burukun müqaviləsinin müddətini uzadıb.
Sabahinfo.az "Milliyet"ə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin yeni sözləşməsi dörd illik olacaq.
"Sarı-qırmızılar" Okan Burukun məvacibini də artıracaq.
Qeyd edək ki, baş məşqçinin müqaviləsi yayda başa çatmalıdır. O, cari mövsümdə İstanbul təmsilçisi ilə Türkiyə Super Liqasının qızıl medallarını təmin edib.