“Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev Prezident İlham Əliyevlə oktyabrın 17-də Füzulidəki görüşü haqda paylaşım edib.
Sabahinfo.az xəbər verir ki, dövlət başçısı ilə fotosunu paylaşan futbolçu bunları yazıb:
“44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması cənab Prezidentin qətiyyətli, əzmkar fəaliyyətinin nəticəsidir. “Böyük Qayıdış” proqramının birinci mərhələsinin sonunda doğma Füzuli şəhərimizdə 22 min insan yaşayacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz nə qədər sevinsək də, şəhidlərimiz üçün daim göz yaşı tökəcəyik. Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizi böyük sevgi və fəxarət hissi ilə anırıq və daima da qürür hissi ilə yad edəcəyik”
Qeyd edək ki, Q. Qarayev 1992-ci ildə Füzulidə anadan olub. O, uzun illər “Qarabağ”ın oyunçusu kimi meydana çıxıb.