“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib.
Sabahinfo.az xəbər verir ki, Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bakı Olimpiya Stadionunda qəbul edib.
Nisbətən sönük keçən qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdiribsə, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.
Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki rəqib HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün qalibi olacaq.
Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.
21:30
"Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Sabahinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada Azərbaycan çempionu hesabı bərabərləşdirib - 1:1.
60-cı dəqiqədə Redon Cica yaxın məsafədən dəqiq zərbə ilə rəqibi mərkəzə dəvət edib.
21:17
“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
Sabahinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 52-ci dəqiqədə qonaq komandanın futbolçusu Fran Tudor olub.
20:53
“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.
Sabahinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda gerçəkləşən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.
***
“Qarabağ”la Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Sabahinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan görüş saat 20:00-da start götürüb.
Qarşılaşmanı almaniyalı baş hakim Sven Yablonski idarə edir.
Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk oyunda “Rakuv” 3:2 hesablı qələbə qazanıb.
***
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Rakov” matçı üçün heyətlər açıqlanıb.
Sabahinfo.az xəbər verir ki, komandalar saat 20:00-da başlayacaq oyuna aşağıdakı tərkibdə çıxacaqlar:
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
“Rakov”: 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç (k), 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 5. Qustav Berqqren, 66. Papanikolau, 11. Con Yeboa, 9. Zvaolinski, 77.Çebulya
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çij, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Viladislav Köçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski