"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq.

Sabahinfo.az xəbər verir ki, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyunun Cəbəllütariqdə "Linkoln"un qonağı olacaq. "Viktoriya" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Matçı latviyalı FIFA referisi Vitali Spasennikov idarə edəcək. Ona laynsmanlar qismində Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufriyevs yerinə yetirəcək. VAR hakimləri Andres Treymanis və Kristaps Ratnieks olacaqlar.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul

19:30. "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Vitali Spasennikov, Raymonds Tatriks, Arturs Sakurovs Aleksandrs Anufriyevs (hamısı Latviya)
"Viktoriya" stadionu.