Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sabahinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqiblərinin adına aydınlıq gəlib.
Ağdam təmsilçisi 3-cü mərhələdə Finlandiya HİK-ini keçsə, pley-offda “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin görüşləri 24-31 avqustda keçiriləcək.