"Qarabağ" Riçard Almeyda ilə yollarını ayırdı

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb.

Sabahinfo.az xəbər verir ki, 35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2012-18, 2019 və 2021-25-ci illərdə komandamızda çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandamızın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Riçard Almeydaya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.