Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Sabahinfo.az xəbər verir ki, “Qarabağ” MOİK-lə üz-üzə gəlib.
Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+5-ci dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.
“Köhlən atlar” 1/4 “Sabah”la üz-üzə gələcək.
***
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” - MOİK matçında ikinci hissə başlayıb.
Sabahinfo.az xəbər verir ki, birinci hissədə hesab açılmayıb.
***
“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.
Sabahinfo.az xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb.
Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.
Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.
***
09:28
Bu gün Xankəndi şəhərində 35 ildən sonra tarixi oyun baş tutacaq.
Sabahinfo.az xəbər verir ki, Ağdamın "Qarabağ" komandası Xankəndi stadionunda MOİK-lə üz-üzə gələcək.
Qarşılaşma saat 13:00-da başlayacaq və AzTV-də canlı yayımlanacaq.
Matçın qalibi 1/4 finalda "Sabah"la qarşılaşacaq.