"Qarabağ"ın Avroliqadakı rəqibi məlum oldu - FOTO + YENİLƏNİB

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Sabahinfo.az xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın rəqibi Portuqaliyanın "Braqa" klubu olub.

***09:32

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Sabahinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da bu mərhələdəki rəqibi bəlli olacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına yüksələn "Qarabağ" bu mərhədə Çempionlar Liqasında qrupu üçüncü sırada bitirən 8 komandadan biri ilə qarşılaşacaq:

"Qarabağ"ın potensial rəqibləri:

"Qalatasaray" (Türkiyə)
"Lans" (Fransa)
"Braqa"(Portuqaliya)
"Benfika" (Portuqaliya)
"Feyenoord" (Niderland)
"Milan" (İtaliya)
"Yanq Boyz" (İsveçrə)
"Şaxtyor" (Donetsk, Ukrayna).

Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar.