Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO

Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinləri arasında xəstələrin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.

“Trend” xəbər verir ki, səhhətində müəyyən problemlər yaranan Qarabağın erməni sakinləri təcili yardım maşını ilə adıçəkilən istiqamətdə sərhəd-buraxılış məntəqəmizdən maneəsiz, çox rahat şəkildə keçməklə Ermənistana yol alıblar.

Qeyd edək ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.