"Qarabağın hər küncündə Azərbaycan bayrağı dalğalanacaq".
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İzmirdə keçirilən “İş dünyası ilə məsləhətləşmə” toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə atdığı addımları dəstəkləyir: "Qarabağ Azərbaycan torpağıdır və Türkiyə Azərbaycanın addımlarını dəstəkləyir".
C.Yılmaz bildirib ki, Qarabağda “boz zona” yaratmaq istəyənlər boş yerə çalışırlar: “Prezident Rəvəb Tayyib Ərdoğan BMT kürsüsündə Qarabağın Azərbaycan torpağı olduğunu bir daha konkret formada diqqətə çatdırdı. Eşq olsun Azərbaycan Ordusuna! Cənubi Qafqazda sabitliyin təmin olunması hər kəsin xeyrinədir. Bu regiondakı sabitlik hər birimizin xeyrinədir. Xaos isə yalnız digər aktorlara sərf edir”.