
"Yuventus”, "Şeffild Yunayted”, "Portu”, "Beşiktaş”, "Dinamo” (Kiyev), "Atletik” (Bilbao), "Qalatasaray”, "Brondbü”, PSJ, "Fənərbaxça”, "Vitess”, "Nordşyalend”, "Ayaks”, "Trabzonspor”, "Nürnberq”, "Verder”, "Panatinaikos”, "Roma”, "Tvente”, "Hoffenhaym” kimi klublar da İzmirə gələcəkləri halda "Qəbələ” adları çəkilənlərin heç biri ilə qarşılaşmayacaq. Belə ki, "qırmızı-qaralar” "Bursaspor”, Altay (hər ikisi Türkiyə), "Borussiya” (Münxenqladbax, Almaniya), "Hagi FA” (Rumıniya) və "Assiriska” (İsveç) ilə oyunlar gözləyir.