Sivilizasiya” Monitorinq və Araşdırmalar İctimai Birliyi “Müharibə iştirakçılarının sosial siyasətlə bağlı maarifləndirilməsi” mövzusunda yeni layihəyə start verib. Fevral ayının 1-dən başlayan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, “Sivilizasiya” Monitorinq və Araşdırmalar İctimai Birliyinin sədri Anar Rəhimov məlumat verib.
A.Rəhimov bildirib ki, layihənin məqsədi Bakı şəhərində müharibə iştirakçılarına dövlətin və hökumətin sosial siyasəti barəsində ətraflı məlumat vermək, onlara pulsuz hüquqi yardımı təmin etməkdən ibarətdir.
Layihə çərçivəsində, həmçinin hüquqi maarifləndirmə işinin təkmil təşkili üçün “Qaynar xətt” yaradılacaq, eləcə də Bakı şəhərinin Sabunçu, Xətai və Yasamal rayonlarında müharibə iştirakçıları ilə fərdi söhbətlər aparılacaq, onlara pulsuz hüquqi yardım ediləcək və təşkilat tərfindən çap olunmuş maarifləndirici kitabçalar paylanacaq.