"15 il müddətində həmkarlar təşkilatlarına ayrılan vəsaitdə artım olmayıb. Yalnız son iki ildə dövlət büdcəsindən vəsait artımı olub. Lakin qiymət artımları bizim zərərlə işləməyimizə gətirib çıxarır".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Səttar Möhbalıyev deyib. O bildirib ki, əvvəl ümumi vəsaitdən 35 min qalıq qalırdısa, indi cəmi 12 min qalır:
“Sanatoriyaların sayı artır. Həmkarlar təşkilatının büdcəsindən 200 minə yaxın adamı əlavə göndəririk. Aztəminatlı ailələrdən 60 mindən artıq insana ərzaq yardımı göstərmişik. 400 şəhid uşağını 18 yaşına çatana qədər himayəyə götürmüşük. Odur ki, bu kimi məsələlərə baxılmasını təklif edirəm”.