Raqif Nazimoğlu itkin düşüb?

Şair jurnalist Əsgərov Raqif Nazim oğlu 2 iyun 2021 tarixində günorta saatlarından itkindir. O, ən son günorta saatlarında Ağsu Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovla birlikdə olub. Axşam saatlarında 20:48 də həyat yoldaşına zəng edərək Banditizm və Terrorizmə qarşı Müabrizə İdarəsində olduğunu, Səfər Məmmədovun tapşırığı ilə buraya gətirildiyini söyləyib və isti geyimlər istəyib. Daha sonra telefonu söndürülüb və heç bir məlumat əldə olunmayıb. O saatdan sonra nə Səfər Məmmədov nə də adı çəkilən idarədən heç bir cavab gəlməyib. İdarəyə müraciət olunduqda isə Əsgərov Rafiq Nazim oğlunun burada olmadığı bildirilib. Vəkil Emil Aslanova order alınıb. Vəkillə bərabər yenidən idarəyə müraciət olunub və yenidən Əsgərov Rafiqin orada olmadığını söyləyiblər. Daha sonra Ambudsmana, Prokurorluğa, Vəkillər Kolleqasına şikayət olunduqdan sonra Əsgərov Rafiqin Banditizm və Terrorizmə qarşı mübarizə idarəsində olduğu bildirilib. Yenidən idarəyə müaraciət olunduqda isə vəkili yene qəbul etməyiblər və Əsgərovun ailəsi saatlarla gözlədilib və heç bir məlumat əldə oluna bilməyib. Saat 22:00 radələrində Ambudsmandan Vəkil Emil Aslanova zəng gəlib və bildirilib ki içəridə tədbir keçirildiyi üçün və Əsgərov Raqif sorğuda olduğu üçün onları qəbul etməyiblər və sabahsı gün 11:00 da yenidən idarəyə yaxınlaşmalarını söyləyib. Sabahsı gün yenidən yaxınlaşdıqda isə Əsgərovun ailəsinə və vəkilə Əsgərov Rafiqin burada olmadığı söylənilib. Məsələylə bağli ‘102’-ə də şikayət olunub.