İspaniya Superkubokunun final oyununda "Real Madrid" klubu Bilbaonun "Atletik" komandasını 2:0 hesabı ilə məğlub edib.
Sabahinfo.az-ın məlumatına görə, turnir Səudiyyə Ərəbistanında keçirilib.
Qolları Luka Modriç (38-ci dəqiqə), Karim Benzema (52-ci dəqiqə, penaltidən) vurublar.
"Real Madrid" 12-ci dəfə (1988, 1989, 1990, 1993, 1997, 2001, 2003, 2008, 2012, 2017, 2019/20, 2022) kuboku qazanıb.