Yeni mövsümə hazırlaşan İspaniyanın “Real Madrid” və İtaliyanın “Milan” klubları yoldaşlıq oyunu keçirib.
Sabahinfo.az xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərindəki “Rouz Boul Stadium” stadionunda təşkil olunan matç “kral klubu”nun qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın ilk hissəsində “Milan” Fikayo Tomori və Luka Romeronun qolları ilə böyük üstünlük qazansa da, fasilədən sonra madridlilər möhtəşəm geridönüş ediblər. Əvvəlcə Federiko Valverde iki dəqiqə içində dubl edib. Qələbə qolunu isə Vinisius Junior vurub - 3:2.
Madrid klubunun yeni transferi türkiyəli Arda Güler ehtiyatda qalıb.