Rəşad Mahmudov hər bir seçicinin qayğısı ilə maraqlanır

“Günümüzün çağırışları “Yeni dövrə Yeni Azərbaycanla!” şüarında öz ifadəsini tapıb”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun YAP Astara rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirib ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin aparıcı qüvvəsidir: “Partiyamız hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşır. YAP-ın parlament seçkilərində möhtəşəm qələbə qazanacağı heç kimdə şübhə doğurmur”.

Deputatlığa namizəd Rəşad Mahmudov YAP-ın seçki platforması haqqında geniş məlumat verib. O bildirib ki, bugünkü reallıqlar Ulu Öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinə, liderlik keyfiyyətlərinə, öz dövlətinə, xalqına bağlılığına, Azərbaycanı daim zirvələrdə görmək istəyinə əsaslanan uğurlu siyasəti sayəsində mümkün olub: “Azərbaycan hər dövrün çağırışlarından irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirərək növbəti hədəfləri müəyyənləşdirir. Günümüzün çağırışları Yeni Azərbaycan Partiyasının “Yeni dövrə Yeni Azərbaycanla!” şüarında özünün aydın ifadəsini tapıb”.

R.Mahmudov qeyd edib ki, atılan addımlar xalq-iqtidar birliyini daha da möhkəmləndirir, Yeni Azərbaycan Partiyasına inam və etimadı artırır.

Tədbir iştirakçılarından Elnur Rüstəmov, Rasim Qurbanov, Fəxrəddin Məmmədov və İstək Muradova çıxış edərək YAP-ın xalqın etimadını doğrultduğunu və ölkəmizin inkişafına layiqli töhfələr verdiyini bildiriblər.

Seçicilər isə YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.

Qeyd edək ki, deputatlığa namizəd Rəşad Mahmudov rayonun Alaşa, Şiyəkəran kəndləri və Ərçivan qəsəbəsində də seçicilərlə görüşlər keçirib.

 

*****

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudov YAP Astara rayon təşkilatında seçicilərilə görüşüb.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin və regionun ən güclü siyasi təşkilatıdır: “Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası yarandığı gündən bəri böyük və şərəfli inkişaf yolu keçib. Bu partiya xalqa və dövlətçiliyə layiqli xidmət edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəmizin ictimai-siyasi proseslərində mühüm rol oynayır”. O qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasının mövqeyi cəmiyyətdə çox güclüdür və bunun da ciddi əsasları var.

Deputatlığa namizəd Rəşad Mahmudov isə çıxışında Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları keçdikcə artır.

Tədbir iştirakçılarından Adil Rzayev çıxış edərək Yeni Azərbaycan Partiyasına olan etimadını ifadə edərək, öz səsvermə hüququndan istifadə edəcəyini bildirib.

Çıxış edən seçicilər 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini ifadə ediblər.

Qeyd edək ki, Astara şəhəri S.Vurğun küçəsində məhəlli görüş keçirilib. Eyni zamanda antiterror tədbirlərində şəhid olan Əli Babazadənin ailəsi ziyarət olunub.