Ronaldudan Messiyə atmaca: “Səudiyyə Ərəbistanı çempionatı MLS-dən güclüdür”

“Yüz faiz əminəm ki, heç bir Avropa klubuna qayıtmayacağam”.

Bunu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu deyib.

Portuqaliyalı ulduz Avropa futbolunun keyfiyyət itirdiyini bildirib:

“Mənim 38 yaşım var. Avropa futbolu isə çox keyfiyyət itirib. Orada İngiltərə Premyer Liqası digərlərindən çox üstündür”.

Ronaldu Lionel Messinin ABŞ-nin “İnter Mayami” klubuna keçidinə də münasibət bildirib. O, Səudiyyə Ərəbistanı çempionatının MLS-dən daha güclü olduğunu söyləyib:

“Getdikcə Səudiyyə Ərəbistanına daha çox səviyyəli oyunçu gələcək. Bir ildən sonra çempionat Türkiyə və Niderland liqalarını keçəcək. Səudiyyə Ərəbistanı çempionatı MLS-dən güclüdür”.

Qeyd edək ki, keçən qış “Ən-Nəsr”ə keçən Ronaldunun klubla 2025-ci ilə qədər müqaviləsi var.