“Ruhlar şəhəri” inkişaf dövründə

Erməni vandalizminə məruz qalan yaşayış məskənlərimizdən biri də Ağdam olub.  Yerləşdiyi coğrafi məkan baxımdan əlverişli coğrafi mövqedə olan Ağdam daim ticarət və kənd təsərrüfatı eləcədə digər sahələrin inkişafında fərqlənib. Bu baxımdan sözügedən yaşayış massivi daim inkişaf edib və ermənilərin xüsusi diqqətində olub. İşğal dövründə digər ərazilərimizdə olduğu kimi Ağdamdan da vandal siyasət həyata  keçirən düşmən şəhərin infrastrukturuna ciddi ziyan vurub, mədəni abidələri dağıdıb, xarabalığa çevrirmişdi. Dövlət başçısı İlham Əliyev də çıxışlarının birində bu məsələyə toxunub və fikirlərini belə ifadə etmişdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.

BMT-nin qəbul etdiyi 4 qətnamədən biri də məhz Ağdamın işğalına aiddir. 30 il kağız üzərində qalan qətnamədə bir sıra nüanslar öz əksini tapırdı və qətnamə 1993-cü ilin 29 iyulunda qəbul olunmuşdu. 853 saylı qətnamədə qeyd olunurdu ki, Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsini təsdiq edərək, ATƏT-in Minsk qrupunun 27 iyul 1993-cü il tarixli məruzəsini dinləyərək, Ermənistan və Azərbaycan Respublikası arasında olan münasibətlərin pislənməsi və onların arasında olan gərginlikdən ciddi narahatlığını bildirərək, tərəflərin 822 saylı Qətnamənin həyata keçirilməsinə dair təxirəsalınmaz planın qəbul etmələrini alqışlayaraq; hərbi qüvvələrin əməliyyatlarının qızışdırılması, o cümlədən Azərbaycanın Ağdam rayonun işğalını həyəcanla qeyd edir, bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranmasına dair narahatlığını bildirir. BMT olaraq Ağdam rayonu və Azərbaycanın işğal olunmuş digər torpaqlarının zəbtini pisləydiyi qətnamədə xüsusi qeyd olunurdu.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Müzəffər ordumuzun şücaəti nəticəsində əldə olunan zəfər və imzalanan razılaşmanın fonunda düşmənə bir güllə belə atmadan geri qaytarılan Ağdamda bu gün geniş miqyaslı işlər həyata keçirilir. Azad olunduqdan sonra Ağdam sürətli yenidənqurma və quruculuq işlərinin mərkəzinə çevrildi. Prezident İlham Əliyevin 2022-ci ildə təsdiq etdiyi Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı bu torpağın gələcəyini müəyyənləşdirən strateji yol xəritəsidir. Artıq şəhərdə beş məhəllə konsepsiyası üzrə tikinti işləri aparılır, yaşayış binaları, məktəblər, körpələr evi, parklar və yollar inşa olunur. 2025-ci ilin oktyabrına qədər 825 ailənin – 3318 nəfərin doğma torpağına qayıdışı həyata keçirilib. Ağdam bu gün Böyük Qayıdış proqramının simvol şəhəri kimi dirçəlir.

Artıq Ağdama qatarla getmək mümkündür. Artıq Ağdamda bir sıra mədəni tədbirlər təşkil olunur və ən əsası artıq Ağdamda bir zamanlar doğma yurd yuvalarından didərgin düşən soydaşlarımız xoş və firavan yaşayır.  XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın ağ daşdan tikdirdiyi imarət şəhərin adını və siması artıq özünə qayıdır. 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı