Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolako fevralın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.