Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırıldı

Rusiya Ermənistana təbii qazın nəqlini müvəqqəti olaraq dayandırıb.

Bu barədə “Qazprom” şirkəti məlumat yayıb.

Qeyd edilir ki, bu, mayın 1-dən 4-dək “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır.

Bildirilir ki, respublikada hazırda qaz təchizatı daxili ehtiyatlar hesabına həyata keçirilir.