Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov İnteqrasiya təlimli internat tipli gimnaziyada şəhər sakinləri ilə səyyar qəbul keçirib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov noyabrın 26-da vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İnteqrasiya təlimli internat tipli gimnaziyada şəhər sakinləri ilə səyyar qəbul keçirib.
RİH başçısı Rüstəm Xəlilov qəbulda çıxış edərək islahatçı Lider kimi və sözlə əməlin vəhdətini ictimaiyyətə uğurla təqdim edən Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı dövlət proqramlarının, uğurlu neft-qaz strategiyasının, təbii sərvətlərimizin insan amili baxımından optimal şəkildə dəyərləndirilməsini, bu imkanlardan ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi üçün maksimum istifadə olunmasını son nəticədə xalqının daim artmaqda olan rifahını şərtləndirən amillərdən olduğunu bildirib. Səmimi söhbət əsasında keçən qəbulda minnətdarlıqla yanaşı, sakinləri inarahat edən bir sıra məsələlərdən də söz açılıb. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.