Sabirabadda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə futbol turniri - FOTOLAR

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təşəbbüsü və Sabirabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 il dönümü münasibətilə rayonun Qəzli kəndində futbol üzrə rayon çempionatının açılış mərasimi olub.

Sabahinfo.az xəbər verir ki, mərasimi açıq elan edən rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev futbolçuları salamlamış, yarış haqqında məlumat vermişdir.

Daha sonra YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Veteranlar Təşkilatının sədri Ffaiq Hüseynov, Quruzma kənd ərazi nümayəndəsi Abdul Babayev  çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin daim gənclərə və idmana diqqət və qayğısından söhbət açmış və bu ideyalara Sabirabad gənclərinin sadiqliyi qeyd edilmişdir. Açılış ərasimindən sonra rayonun Qaragüney və Qəzli kənd futbol komandaları qarşılaşmışdır.

Oyunlar may ayının 6 na qədər davam edəcək. Yarışlarda rayonun 19 kənd komandası iştirak edir. Bu yarışın keçirilməsində məqsəd, Ümummilli Lider Heydər Əliyev ideyalaraını yaşatmaq, kənd gənclərinin idmana cəlb olunması və idmanın kütləviliyinin artırılmasıdır.