Sabirabadda futbol  turnirinin final oyunu keçirildi

10 May 2022-ci il tarixində YAP Sabirabad rayon təşkilatı və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş rayon üzrə futbol  turnirinin final oyunu keçirildi. Finalda Kovlar kənd futbol klubu 3:2 hesabı ilə Qaragüney kənd futbol klubuna qalib gəldi. Bürünc medalın sahibi isə Quruzma kənd futbol klubu oldu. Qalibləri təbrik edirik.Turnirdə iştirak etmiş 19 komandanın hər bir üzvünə göstərdikləri maraqlı oyuna görə təşəkkür edirik.