Səbinə Xasayeva Yasamal rayonunda bir qrup vətəndaşı qəbul edib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Yasamal  rayonunun İcra hakimiyyətinin inzibati binasında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşların  fərdi qaydada qəbulunu keçirib 

Keçirilən  qəbulda iştirak edən vətəndaşlardan Müşfiq Mustafayev,Çingiz Yusifov, Fəhmin İbrahimbəyli, Umudvar Abdullayev, Gülcahan Qasımova, İradə Rəhimova, Möhsum Abbasov və Baba Mirzəyev məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının, Vətən müharibəsində həlak olanların şərəfinə Xatirə bulağı yaradılmasının, yaşayış mənzillərinin balansında olduqları təşkilatlar tərəfindən ortaya çıxan problemlərin  vaxtında aradan qaldırılmasına köməklik göstərmələri üçün məsuliyyətlərinin artırılmasının, əhalinin sosial təminatının və  digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.