Şeyxdən hədəf olmaz!

Sosiallaşma o demək deyil ki, hər kəs kimi istəsə təndiq edə, onun fəaliyyətinə kölgə sala və haqsız qınaya bilər. Facebook sosial şəbəkəsinin istifadəçilərinə verdiyi imkanlar da hələ sosiallaşma demək deyil. Sosiallaşma bir əxlaxdır. Mədəniyyətdir və tərbiyyə vasitəsidir. Təəssüf ki, bir çox hallarda biz bundan səmərəli yararlana bilmirik.

Sevindirici haldır ki, ölkəmizdə sosial şəbəkə istifadəçiləri durmadan artmaqdadır. Gənc nəsil, eləcə də yaşından başından asılı olmayanlar sosial şəbəkələrdə təmsil olunurlar. Statistik göstəricilər də onu deməyə əsas verir ki, Azərbaycanda sosial şəbəkə istifadəçiləri durmadan artmaqdadır. Bu da hökumətin vətəndaşlara verdiyi, konstitutsiyadan irəli gələcək vətəndaşların hüquq və azadlığının qorunması deməkdir.

Sosial şəbəkələr nəzarət olunmaz bir vasitə olduğu üçün bəzi hallarda bu bir sıra problemlərə yol açır. Əsasən də bir və ya qrup halında olan şəxslərin fərd və ya görülən işə kölgə salmaları təbii ki, qəbulolunmazdır. Ən əsası biz bir fərd və ya iş haqqında danışanda bunu ciddi araşdırmalı, məsələnin mahiyyətini cəmiyyətə düzgün təqdim etməliyik. Axı elə sosial şəbəkələr bu gün informasiya məkanında önəmli yerləri tutur. Bir sıra KİV-lər sosial şəbəkələrdən xəbər qaynağı kimi istifadə edir...

Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərlərinin Şuşaya səfəri sosial şəbəkələrdə ciddi müzakirə oldu. Daha doğrusu səfər zamanı Şuşada qılınan məsciddə Şeyx Həzrətlərinin ön yox arxa sırada olması bəzi “vətənpərvərləri” ciddi narahat etməyə başladı. Haqsız təndiqlər, olmazın ifadələr səsləndirdilər Şeyx haqqında...

Düzü yazılan şərh və paylaşımları dərk etmək mümkün deyil. Birincisi bunu edənlər məgər Şeyx Həzrətlərinin bu zamana kimi gördüyü işləri nə tez unudurlar?... Məgər şeyx özü bu kimi halları nəzərə almayıbmı?...

Görünən odur ki, düşmən dəyirmanına su tökməyə çalışanlar Şeyx Həzrətlərinin hər zaman dövlətə və dövlətçiliyə sadiq olmasından narahatdırlar. Onlar etdikləri bu əməllərlə məqsədlərinə nail olacaqlarına inanırlar. Ancaq yanılırlar.

Şeyx Həzrətlərinin gördüyü işləri, onun fəaliyyəti ilə bağlı silsilə kitablar yazmaq olar, ə inanın ki, onun belə bir təbliğata da heç ehtiyacı yoxdur. Sadəcə insan övladı kimisə təndiq və ya kiminsə barəsində fikir yürüdürsə bir onun keçmişinə nəzər salsın. Onu öyrənsin və daha sonra açıq-aşkar hədəfə qoyduğu şəxsi təndiq etsin. Biz hələ o dərəcədə formalaşa bilməmişik ki, bu dediyin faktları araşdırandan sonra işə keçək.

Bu səfərlə bağlı sadəcə bir məsələni bilmək lazımdır ki, Şeyx Həzrətləri inanın ki, sehv etmək, demirəm ilahi qüvvədir. Səhvsiz də insan övladı yoxdur. Sadəcə belə həssas məsələdə Şeyxin səhv etdiyini düşünənlər yanılırlar. Bu kimi işlər isə sadəcə qazanılan Qələbəyə, bizi bir olmağımızı həzm etməyən qüvvələrə xoş gəlir. Gəlin belə etməyək. Şeyxdən hədəf olmaz. Hədəfinizi düz seçin...

 

Ədil Ədilzadə