“Siz nazirlikləri qoçuluqla ittiham edirsiniz?” – Sahibə Qafarova Razi Nurullayevə İRAD TUTDU

“Fərqli fikir, tənqid, çılpaq həqiqəti demək çətindir. Çünki dövlətçiliyi də düşünməlisən. Sizlərdən sadəcə kömək gözləyir, vətənimi sevirəm”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 14 noyabr tarixli iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bir sıra dövlət inistitunda müavinlik inistitutu işləmir: “Bu, yolverilməzdir. Az qala 60% dövlət qurumları bu mexanizmlə qurulub. Vəzifəli şəxslər qurumun adındakı dövlət sözünü monitorinq və nəzarət kimi başa düşürlər. Onlara imkan verilsə, nəzarətə nəzarət də yaradarlar. Bu cür süründürməçilik sistemi xalqı narazı salır. Axı, heç kim elə belə vəzifəyə qoyulmur, biz deputatlar da könüllü burdayıq”.

Deputat qeyd edib ki, məktəb və bağçaların tikilməsi ilə bağlı problemlər var: “Heydər Əliyev Fondu sağ olsun, vəsait ayırır, məktəblər tikilir. Ancaq bütün regionlarda məktəb və bağçaların tikilməsi üçün başqa yerlərdən kömək, vəsait də lazımdır”.

“Mən Dövlət Reklam Agentliyinin özbaşına qurum olduğunu demək istəyirəm. Onlar nəy var incidir və süründürür, qoçuluq edirlər” deyən R.Nurullayev bildirib ki, agentliyi öz çıxarları üçün istifadə edir, MMC kimi işlədir, əməlli-başlı monopoliya yaradıblar.

Milli Məclisin sədri Sahibə Qafarova Razi Nurillayevə cavab olaraq deyib ki, tənqiddən tənqidə fərq var: “Siz istəsəniz də rəhbərliyi pis vəziyyətdə qoya bilməzsiniz. Siz büdcə haqqında bir söz dediniz? Niyə söz tapmadınız. Sonra da deyirsiniz, xanım sədr müdaxilə edir. Tövsiyə edirəm ki, çıxışlarınızın stilistikasına baxın. Siz nazirlikləri qoçuluqla ittiham edirsiniz? Siz özünüz deyin, son dəfə nə vaxt görüşdə olmuşunuz? Hər şeyi deməyə məcbur etməyin”./bakivaxtı.az